Dünyanın ən varlı insanlarından sayılan İlon Mask belə portuqaliyalı superulduz Kriştiano Ronaldonu sosial şəbəkələrdə üstələyə bilmir.
Qaynarinfo-nun məlumatına görə, "Qızıl top” müakafatının beşqat qalibi şənbə günü, "Al-Şabab"la matçdan əvvəl sosial şəbəkədə alt paltarında günəşdə isindiyi şəklini yayımlayıb. Onun hovuz kənarındakı fotosu təxminən iki saat ərzində dörd milyondan çox insan tərəfindən bəyənilib. Parlaq karyerasının sonunda belə, Ronaldonun sosial mediada populyarlığı azalmır.
"Instagram"da 584, Tvitter-də isə 108 milyon izləyicisi olan portuqaliyalı ulduz hələ də cazibə qüvvəsinin olduğunu sübut edir.
Səbuhi Həsənov