Xəbər lenti

Ronaldu Azərbaycanla matçda rekorda imza atdı
İdman07:43 25.03.2021

Ronaldu Azərbaycanla matçda rekorda imza atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kriştianu Ronaldu Azərbaycan yığması ilə oyunda rekorda imza atıb.
Qaynarinfo xəbər verir ki, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib.
Belə ki, millidə 171-ci matçını keçirən Ronaldu debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.
Bununla da Ronaldu Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub.