İdman 11:20 03.07.2022

Ronaldu "Mançester Yunayted"lə bağlı qərarını verdi

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu klubdan ayrılmaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. 

Xəbərə görə, portuqaliyalı ulduz "qırmızı şeytanlar"ın rəhbərliyindən onu buraxmağı xahiş edib. 

Onun ayrılmaq istəyinə səbəb isə komandanın Çempionlar Liqasında iştirak etməməsidir. 

"Mançester Yunayted" rəhbərliyi də sərfəli qiymət qarşılığında Ronaldunu buraxmağa hazırdır.