
Dünən Çempionlar Liqasında keçirilən "Mançester Siti" - "Real" (Madrid) oyununda İspaniya klubunun aparıcı futbolçusu Kriştianu Ronaldu zədəsinə görə oynaya bilməyib.
Qaynarinfo.az xəbər verir ki, Ronaldu zədəyə baxmayaraq, oynaya biləcəyini bildirib:
"Əgər bu matç final oyunu olsaydı, mən meydana çıxardım".
Qeyd edək ki, Kriştianu Ronaldunun mayın 4-dəki cavab görüşündə iştirakı da sual altındadır. Halbuki Portuqaliya millisinin kapitanı 16 qolla Çempionlar Liqasının hazırkı bömbardiridir.
Qaynarinfo.az