
Dünyanın ən yaxşı futbolçularından olan Kriştianu Ronaldu Portuqaliya millisi ilə AÇ-2016-nın qızıl medallarını qazandıqdan sonra istirahətə çəkilib.
Qaynarinfo.az xəbər verir ki, Fransa ilə final matçında zədələnən futbolçu bərpa prosesi keçməklə yanaşı, həm də yeni mövsüm öncəsi arxada qalan matçların yorğunluğunu çıxarır.
Ronaldu həmişəki kimi bu dəfə də istirahətə tək yollanmayıb. Təxminən bir ildir ki, rusiyalı model İrina Şeyklə ayrılan portuqaliyalı üçün özünə yeni rəfiqə tapmaq o qədər də vaxt aparmayıb.
Rusiyalıdan sonra Kriştianunun adı müxtəlif ulduzlarla yanaşa hallansa da, hücumçunun italiyalı Eliza de Panikislə roman yaşadığı bəlli olub. Cütlüyə yaxın mənbələr onların hələ ötən il İbisa kurortunda tanış olduğunu və münasibətlərinin artıq kifayət qədər yaxınlaşdığını iddia edir.
31 yaşlı Kriştianu Ronaldu bu yay da özündən 2 yaş kiçik sevgilisi ilə istirahətə çəkilib. Bu ilin mayında da İbisaya birgə yollanan cütlüyün münasibətlərini Elizanın özü də təsdiqləyib.









Qaynarinfo.az