Xəbər lenti

Rumıniya Rusiya PUA-sının qalıqlarını tapdı, müttəfiqlərinə müraciət etdi
Dünya 17:27 25.07.2024

Rumıniya Rusiya PUA-sının qalıqlarını tapdı, müttəfiqlərinə müraciət etdi

Cümə axşamı Rumıniya Müdafiə Nazirliyi Rusiyanın Ukrayna infrastrukturuna hücumları səbəbindən hava hücumu xəbərdarlığının edildiyi Tulçitski rayonunun Plauru kəndi yaxınlığında Rusiyaya məxsus pilotsuz uçuş aparatının qalıqlarını tapdığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli Digi 24 kanalı məlumat yayıb.

"İyulun 24-dən 25-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Rumıniya ilə sərhədi yaxınlığında mülki hədəflərə və liman infrastrukturuna dronlarla bir sıra zərbələr endirib. Bu vəziyyətlə əlaqədar Milli Müdafiə Nazirliyi hava polisinin döyüş xidmətinin qüvvə və vasitələri ilə ölkənin hava məkanında monitorinq və nəzarəti gücləndirib”, - məlumatda deyilir.

Qeyd olunur ki, hazırda ölkənin Müdafiə Nazirliyi həmin gecə Rumıniya ərazisinə düşən PUA-ların qalıqlarının axtarışı üçün yerində araşdırma aparır.
Eyni zamanda, mütəxəssislər tərəfindən iyulun 24-nə keçən gecə dronların düşə biləcəyi yerlərdən birində "Geran” (Şahed-136/131) tipli pilotsuz uçuş aparatının qalıqları müəyyən edilib.

Bütün ölkə ərazisini əhatə edəcək tədqiqatlar günün sonuna qədər davam edəcək.

Nazirlik əlavə edib ki, dronların düşə biləcəyi yerlər insanların yaşadığı ərazilərdən kənarda yerləşir. O, həmçinin hücumları "qətiyyətlə pisləyib” və onları "əsassız” və "beynəlxalq hüquqa ciddi şəkildə zidd” adlandırıb.

Hadisələrə Rumıniyanın xarici işlər naziri Luminitsa Odobesku da münasibət bildirib.

"Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturuna qarşı daha dəhşətli hücumlar həyata keçirilib. Rumıniyada qalıqlar tapılıb. Bu məsələ ilə bağlı müttəfiqlərimizlə əlaqə saxlamışıq və koordinasiya edirik. Rumıniya bu məsuliyyətsiz hərəkətləri qətiyyətlə pisləyir”, - o, X-də yazıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->