Xəbər lenti

Rumıniyada azərbaycanlı futbolçunun nömrəsi dəyişik düşdü, avtoqol etdi - FOTOLAR
İdman16:41 14.03.2016

Rumıniyada azərbaycanlı futbolçunun nömrəsi dəyişik düşdü, avtoqol etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rumıniyanın I dəstəsində (Liqa 2, Seriya 2) XXII turun oyunlarına yekun vurulub.

Qaynar.info xəbər verir ki, millimizin sabiq futbolçusu Elhad Nəzirinin çıxış etdiyi "Metalul" klubu öz meydanında UTA komandası ilə qarşılaşıb.

Görüşdə yeganə qol 8-ci dəqiqədə vurulub. Maraqlıdır ki, bu qolu bizim futbolçu vurub. Lakin öz qapısına...

Bu matçda 90 dəqiqə meydanda olan azərbaycanlı futbolçunun başına daha bir hadisə gəlib. Belə ki, "Metalul"un inzibatçısı oyun öncəsi protokolda heyəti yazarkən Elhadın nömrəsini qarışdırıb. Futbolçumuz isə öz nömrəsində - "19"da yox, "5" nömrəli formada oyuna çıxmalı olub.

Qeyd edək ki, "Metalul" bundan öncəki turda "Kindiya" klubuna 0:7 hesabı ilə darmadağın olmuşdu. Həmin matçda da Elhad Nəziri 90 dəqiqə meydanda olmuşdu. Onun komandası turnir cədvəlində -8 xalla yenə sondan II pillədə qərarlaşıb.

Qaynar.info