Xəbər lenti

Rus idmançıları arasında "heçlik" qalmaqalı
İdman10:38 19.08.2016

Rus idmançıları arasında "heçlik" qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Idman Federasiyasının rəhbəri Mixail Mamiaşvilinin Rio de-Janeyro Olimpiadasında qızıl medal qazana bilməyən iki qadın idmançı - Natalya Vorobyova və Valeriya Koblova haqqında söylədikləri rezonans doğurub. 

Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, Mamiaşvili mətbuata açıqlamasında əvvəlcə onları "heçlik" (uniçtojestvo) adlandırmış, sonra isə dediklərini təkzib etmişdi.  

Təkzibə baxmayaraq, Olimpiadada gümüş medal qazanmış həmin idmançılardan biri - Natalya Vorobyova mətbuata açıqlamasında Mixail Mamiaşviliyə "dərs verib". O xatırladıb ki, Mamiaşvilinin də qızları var. "Düşünmürəm ki, o kiməsə qızları haqqında bu cür ifadələr işlətməyə icazə verəydi".

Daha sonra Vorobyova deyib ki, idman çox ağır zəhmətdir və başqasının əməyinə hörmət etmək lazımdır. "Mən özüm də uduzduğuma görə özümü doğramağa hazır idi. İdmanşılar qürurlu olurlar və Mixail Geraziyeviçin (Mamiaşvili) də dedikləri həmçinin yanğıdandır. Amma bunu eşitmək incidici idi. Biz idmanın çox ağır növü ilə məşğul oluruq və məncə baçqalarının əməyinə hörmət etməyi bacarmaq lazımdır".

Vorobyova əlavə edib ki, belə anlarda mətbuatdan uzaq durmaq daha yaxşıdır. "Məhz bu səbəbdən mən jurnalistlərlə ünsiyyət qurmadım. Bşa düşdüm ki, yanğıdan nə isə deyə bilərəm və sonradan peşman olaram".

Qızılgül
Qaynarinfo.Az