Xəbər lenti

İdman 13:45 04.04.2023

Rus və Belarus idmançıları Bakıdakı dünya çempionatında bu şərtlə yarışacaq

Rusiya və Belarus taekvondoçuları dünya çempionatında WT bayrağı altında iştirak edə biləcəklər.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Dünya Taekvondo Federasiyasının (WT) İdarə Heyəti qərar çıxarıb.  WT-nuin Direktorlar Şurası yarışlarda iştirak etmək üçün Rusiya və Belarus taekvondoçuları ilə bağlı fövqəladə toplantı keçirib. Federasiya Rusiya və Belarus idmançılarının WT bayrağı altında, ölkələrindən asılı olmayaraq, dünya çempionatında yarışa biləcəklərini elan edib. 

Qərara əsasən, Rusiya və Belarus idmançıları may ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək dünya çempionatında öz ölkələrindən asılı olmayaraq, WT bayrağı altında və fərdi qaydada iştirak edəcəklər. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təlimatlarına uyğun olaraq komissiya yaradılacaq və idmançılar müəyyən ediləcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->