
Beynəlxalq Voleybol Federasiyasının (FİVB) Rusiya yığmasının voleybolçusu Aleksandr Markin Rio-de-Janeyro Olimpiadasına buraxılmayıb.
Qaynarinfo.Az xəbər verir ki, qanında qanunla qadağan olunmuş preparat tapıldığından, müvəqqəti yarışlardan uzaqlaşdırılan Markin özü bu barədə deyib:
"Artıq evdəyəm. Səhər məşqçi dedi ki, FİVB məni Olimpiya Oyunlarına buraxmadı. Yığmaya gəlincə, əlbəttə, komandamız Olimpiadada oynayacaq".
Voleybolçu həmçinin onu qeyd edib ki, vaxt az olduğundan, bu qərardan şikayət etməyəcək.