"Bu informasiya Azərbaycana qarşı həyata keçirilən psixoloji savaşın tərkib hissəsidir və həqiqəti əks etdirmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev erməni mənbələrin sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı iş aparıldığı barədə səsləndirdikləri iddiaya münasibət bildirərkən deyib.
"Orada tikiləcək şəhərcik ancaq rus sülhməramlılarının zabit heyəti üçün nəzərdə tutula bilər. Həmin qüvvələrin Qarabağa gəlişindən hazırkı günə qədər oradakı tərkib bir neçə dəfə dəyişib. Ona görə də sülhməramlıların ailələrinin gəlib Qarabağda yaşaması inandırıcı deyil. Şəhərcik olacağı təqdirdə, bu da oradakı zabit heyətinin kazarmalarda deyil, ayrıca evlərdə qalması üçün tikilə bilər.
Bu mənada sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi istiqamətində iş aparıldığı barədə verilən informasiya daha çox Ermənistandakı 5-ci kolon və separatçılar tərəfindən ortaya atılan və Azərbaycana qarşı yönələn psixoloji savaşın tərkib hissəsidir. Düşünürəm ki, bu məlumat blefdir”.
Qeyd edək ki, erməni mənbələri sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı iş aparıldığını iddia edirlər. İddiaya görə, separatçılar Rusiya ilə bu istiqamətdə danışırlar aparırlar. Hətta razılaşma əldə edildiyi də bildirilir. Onu da vurğulayaq ki, sülhməramlıların fəaliyyətinin ilk dövründə Rusiya müdafiə naziri Sergey Şoyqu da sülhməramlılara şəhərcik tikilə biləcəyinə eyham vurmuşdu.
Rüfət Sultan
Şərhlər