Xəbər lenti

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı
Ölkə17:58 20.10.2017

Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsi Azərbaycandan gətirilən 33 ton pomidorun ölkəyə girişinə icazə verməyib. Virtualaz.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Mənbəyə görə, məhsulun saxlanılmasına səbəb fitosanitar sertifikatda məlumatın tam dolğun olmamasıdır.

“Yükün sahibi “Bitkilərin karantini haqqında” Federal Qanunu pozub və buna görə də, cərimə şəklində inzibati cəza tətbiq edilib. Bütün idxal edilən məhsul geriyə - ixracatçı ölkəyə qaytarılıb”, - idarədən bildirilib.(virtualaz.org)

Qaynarinfo.Az