Xəbər lenti

Rusiya Azərbaycana yeni döyüş maşınları göndərir (FOTO)
Ölkə11:19 31.08.2017

Rusiya Azərbaycana yeni döyüş maşınları göndərir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan ilə Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası göndəriləcək.

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, bu barədə TASS agentliyi hərbi mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, 2010-cu ildə iki lkə arasında imzalanmış müqaviləyə əsasən PDM-3 texnikaları göndəriləcək.

Mənbənin bildirir ki, hərbi texnikanın Azərbaycana çatdırılması 2018-ci ildə başa çatacaq.

2010-cu ildə imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə görə T-90C tankları, özüyeriyən artilleriya, raket sistemləri, ağır alovsaçan sistemlərinin göndərilməsi nəzərdə tutulub.

Qaynarinfo.Az