Xəbər lenti

Rusiya Azərbaycandan pomidor idxalına icazə verdi
Ölkə17:29 15.12.2020

Rusiya Azərbaycandan pomidor idxalına icazə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rosselxoznadzor dekabrın 16-dan Azərbaycanın bir müəssisəsininin Rusiyaya pomidor daşınmasına icazə verib.
Qaynarinfo xəbər verir ki, qurumdan bildirilib ki, təqdim olunan analiz məlumatlarının nəticələrinə görə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Rosselxoznadzor dekabrın 16-dan etibarən Azərbaycanın Xızı rayonu ərazisində yerləşən Aqroterm MMC-dən Rusiyaya pomidor gətirilməsini mümkün hesab edib.
Qərar Rusiya ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında 9, 11 və 14 dekabr 2020-ci il tarixlərində aparılan danışıqların nəticələrindən sonra qəbul edilib. 
Qeyd olunub ki, hazırda Azərbaycandan daha iki istixana məhsulunun idxalına icazə məsələsi nəzərdən keçirilir. (APA)