Xəbər lenti

Rusiya Azərbaycanı AİB-ə daxil olmağa məcbur etmək istəyir (ŞƏRH)
Ekonomiks12:07 12.12.2020

Rusiya Azərbaycanı AİB-ə daxil olmağa məcbur etmək istəyir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qeyri-neft ixracında 1-ci yerdə pomidor ixracı durur. Bu tendensiya 3 ildir ki, davam edir. Demək ki, bu məhsulun ölkəmizin qeyri-neft ixracı üçün önəmi böyükdür.      
Dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya idxal olunan pomidor və almaya qadağa qoyulub. Bu barədə Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti məlumatı yayıb. "Rosselxoznadzor” məlum addımı əsaslandırmaq üçün pomidorun və almanın tərkibində "cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu” aşkarlandığını qeyd edib.
Rusiyanın bu addımını Qaynarinfo üçün şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, bu məsələnin, əlbəttə, iqtisadi, ticarət və s. problemləri ola bilər: 
"Rusiya Azərbaycan kənd təsərrüfatı məhsullarının ən böyük ixrac bazarıdır və bu, ölkəmizin həmin məhsullardan əldə etdiyi gəlirlərin azalmasına səbəb olacaq. Doğrudur, Rusiya Ermənistandan idxal olunan bibərə də xəstəlik tapılması səbəilə qadağa tətbiq edib, lakin bu, yalnız Armavir vilayətində yetişən məhsullara şamil olunur. Ermənistan bibəri Rusiyanın idxal payında çox cüzi, cəmi 1 faiz təşkil edir. Bu da onu deməyə əsas verir ki, Rusiya iki ölkə arasında balansı məqsədli şəkildə qorumağa çalışıb. Rusiyanın Kənd təsərrüfatı nəzarət xidməti 2014-cü ildə Moldovaya, 2018-ci ildə Ermənistana eyni qadağanı tətbiq etmişdi. Azərbaycan pomidorun Rusiyaya ən böyük ixracatçısıdır. 2019-cu ildə Rusiyaya ölkəmizdən 172 min ton pomidor göndərilib ki, bu da ümumi idxalın 30 faizi deməkdir.
Bu ilin 9 ayı ərzində isə 153 min ton pomidor göndərilib. Belə bir şəraitdə idxalın dayandırılması, əlbəttə, ölkəmizə zərbədir. Bu məsələnin siyasi tərəflərinin olub-olmaması haqda konkret fikir söyləmək çətindir. 2014-cü ildə Krımın ilhaq edilməsindən sonra Rusiyaya sanksiya tətbiq edilməsinə cavab olaraq Avropa ölkələrindən gətirilən kənd təsərrüfatı məhsullarına embarqo qoyan Rusiya 2015-2018-ci illərdə istixanaların tikintisinə başladı. 2020-ci ilin 10 ayı ərzində Rusiya özü həmin istixanalarda 410 min ton pomidor istehsal edib. Qalanını isə Türkiyə, Çin, Qazaxıstan və Özbəkistandan gətirir. Rusiya bunun müvəqqəti olduğunu deyir. Düşünürəm ki, bu, Azərbaycanı Rusiyanın vahid bazara - Avrasiya İqtisadi Birliyinə cəlb etmək istəyi ilə də bağlı ola bilər. Rusiya Azərbaycanın heç bir qarşılıq vermədən onun bazarında mövcud olmasına son qoymaq qərarına gələrək, Avrasiya İqtisadi Birliyinə daxil olmağa məcbur etmək istəyir. Hər halda, bu variant istisna edilmir". 
Orxan Əhmədli