Dünya 19:12 16.05.2023

Rusiya bu ölkələrin sayəsində sanksiyalardan yayınır

Rusiya "tranzit məntəqəsinə” çevrilmiş bir qrup ölkənin şərikliyi sayəsində sanksiyalardan yayınaraq Qərb mallarını almağa davam edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

WSJ-nin məlumatına görə, ABŞ və Aİ-dən Ermənistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Qazaxıstana ikili təyinatlı malların ixracı 2021-ci ildəki 14,6 milyard dollardan keçən il 24,3 milyard dollara yüksəlib. 

Materialda deyilir ki, 2022-ci ildə bu ölkələr birlikdə Rusiyaya ixracı təxminən 50% artırıb.

Nizami Bağırov