Xəbər lenti

Rusiya Ermənistanın qaz infrastrukturunu ələ keçirdi
Ekonomiks07:12 18.06.2013

Rusiya Ermənistanın qaz infrastrukturunu ələ keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın “Qazprom” şirkəti Ermənistana qaz nəqlini həyata keçirən “ArmRosQazprom” şirkətindəki payını 80%-dən 100%-dək artırmağı planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə “Qazprom” şirkəti açıqlama yayıb.

 Açıqlamada bildirilir ki, iyunun 17-də Moskvada “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və Ermənistanın təbii sərvətlər naziri Armen Movsisyan arasında görüş keçirilib. Tərəflər qaz sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən Rusiyanın Ermənistana satdığı qazın qiymətini müzakirə ediblər: “Görüşdə həmçinin “Qazprom”un “ArmRosQazprom” şirkətindəki payının 100%-dək artırılmasının mümkünlüyü müzakirə olunub”.

Qeyd edək ki, Ermənistanda qaz hasil olunmadığı üçün ölkənin energetika sistemi yalnız qaz idxalından asılıdır. Ermənistanla sərhədə qədər qaz nəqlini “Qazprom Export” həyata keçirir, sərhəddə isə qazı “ArmRosQazprom” şirkəti təhvil alır. Ötən il “Qazprom” Rusiyaya 1,7 mlrd. kubmetr qaz satıb.

Qaynar.info