"Şimal axını” qaz kəməri ilə bağlı texniki prosedurların Ukraynaya qarşı müharibə səbəbindən tətbiq edilən sanksiyalara görə başa çatdırılmasının qeyri-mümkün olduğu iddia edilir.
Qaynarinfo "Times”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Polyanski iddia edir ki, "Şimal axını” qaz kəməri üçün texniki prosedurlar Aİ və Böyük Britaniya da daxil olmaqla, tətbiq edilən məhdudiyyətlər səbəbindən tamamlana bilməz.
"Şimal axını" ilə bağlı hazırkı vəziyyətə gəlincə, fikrimcə, artıq ətraflı izah edilib ki, "Şimal axını” avadanlığı ilə tamamlanmalı olan müəyyən texniki prosedurlar var və bunu Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə etmək mümkün deyil”, deyə Polyansi qeyd edib.
Nizami Bağırov