Ukrayna savaşı və Rusiyanın üzləşdiyi iqtisadi sanksiyalar nətinəsində minlərlə iş adamı ölkəni tərk etməyə çalışır.
Qaynarinfo "The Guardian” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə enley & Partners şirkətinin miqrasiya məlumatlarında deyilir. Londonda yerləşən Henley & Partners şirkətinin miqrasiya məlumatlarına əsasən, hazır aktivləri 1 milyon dollardan çox olan rusiyalıların təxminən 15%-nin 2022-ci ilin sonuna kimi başqa ölkələrə mühacirət edəcəyi gözlənilir. "Son on ildə varlı insanların Rusiyadan getməsi ölkənin üzləşdiyi cari problemlər barədə ilkin xəbərdarlıqdır. Tarixən böyük ölkələrin dağılmasından əvvəl imkanı olan varlı insanların mühacirətinin sürətlənməsi müşahidə olunur,- Yeni Dünya Sərvətinin Tədqiqat şöbəsinin rəhbəri Endryu Amoils
deyir.
Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, biznes və oliqarx icmasının davamlı şəkildə ölkədən qaçması ehtimal ki, müharibənin iqtisadiyyata uzunmüddətli ziyanını daha da artıracaq.
Nurlan Hüseynov