
Ötən gün ərzində Rusiyada 10.499 yeni koronavirus infeksiyası qeydə alınıb. Qaynarinfo xəbər verir ki, infeksiya nəzarəti üzrə əməliyyat qərargahının məlumatına görə, 107 xəstə ölüb.
Mayın 15-dən bəri ilk dəfə gündəlik xəstəlik sayı 10 mini keçib. Yoluxanların əksəriyyəti Moskvadadır (3327).
Ölkədə ümumi yoluxma sayı 1 215001 nəfərə çatıb. 979.143 nəfər sağalıb, 214.500 nəfər müalicə altındadır. Ölkədə ölənlərin sayı 21358-ə yüksəlib.
Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin hökuməti və həkimləri səbr və əzmlə insanlara həqiqətləri izah etməyə və vətəndaşları qorumaq üçün onları yükləməyəcək tədbirlər təklif etməyə çağırıb. O, eyni zamanda etiraf edib ki, ölkə sakinləri artıq qayda və məhdudiyyətlərə riayət etməkdən əməlli-başlı beziblər.