Xəbər lenti

Rusiya klubunda oynayan futbolçu millidən kənarlaşdırıldı
İdman05:30 21.06.2022

Rusiya klubunda oynayan futbolçu millidən kənarlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Spartak" (Moskva) klubunun sağ cinah müdafiəçisi Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə  Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Buna 33 yaşlı müdafiəçinin Moskva təmsilçisində çıxışını davam etdirməsi səbəb olub.
Yığmanın baş məşqçisi Çeslav Mixneviç komandanın son toplanışından sonra təcrübəli oyunçu ilə görüşərək, Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. 
Rıbus həmçinin, bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək.
Qeyd edək ki, Matsey Rıbus iyunun 11-də Moskva "Lokomotiv"ini "Spartak"a dəyişib.