"Hər kəsə aydındır ki, bundan sonra vəziyyət əvvəlki kimi olmayacaq”.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina
deyib.
Rusiya Mərkəzi Bankının rəhbəri xəbərdarlıq edib ki, ölkə iqtisadiyyatı xaricdən təzyiqlərlə üzləşir və bu təzyiqlər qeyri-müəyyən müddətə davam edə bilər. Bu isə Rusiyanın Ukraynaya qoşun yeritməsindən əvvəlki vəziyyətinə qayıda biləcəyinə dair ümidləri azaldır:”Şərtlər bəlkə həmişəlik deyil, lakin uzunmüddətlik dəyişib".
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov həmin sessiyada bildirib ki, Rusiyanın ÜDM-nin bu il 7,8 faiz azalacağı proqnozlaşdırılır, lakin "son bir ayda təxminlərdə və proqnozlarda yaxşılaşma dalğası müşahidə olunub”.
Nurlan Hüseynov