Xəbər lenti

Rusiya millisinin futbolçuları Parisdə yoxlanılacaq
İdman11:55 28.03.2016

Rusiya millisinin futbolçuları Parisdə yoxlanılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya millisinin futbolçuları Fransada dopinq testdən keçiriləcək.

Qaynar.info xəbər verir ki, Beynəlxalq Anti-dopinq Agentliyi olan VADA (WADA) bu məqsədlə Rusiya millisinin Parisdəki otelinə baş çəkəcək. Dopinq test sabah Rusiya yığmasının Parisin "Stad de Frans" stadionunda Fransa ilə keçirəcəyi yoldaşlıq oyunundan qabaq olacaq.

Qeyd edək ki, bu ilin əvvəlində Rusiyanın 18 idmançısı qanunla qadağa olunmuş vasitələrdən istifadədə ittiham olunub. Bunların arasında dünyanın məşhur tennisçilərindən olan Mariya Şarapova da var.

Qaynar.info