Xəbər lenti

Rusiya neftin 40 dollar/barelə kimi ucuzlaşacağını düşünür
Ekonomiks10:37 27.03.2017

Rusiya neftin 40 dollar/barelə kimi ucuzlaşacağını düşünür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bloomberg" agentliyi tərəfindən keçirilən sorğuya əsasən, dünya neft ehtiyatlarında artım müşahidə edilməsinə baxmayaraq, bu ilin sonuna qədər neft qiymətlərinin cari səviyyədən 16% yüksək olacağı bildirilir. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Rusiya Bankının (Mərkəzi Bank) proqnozları isə daha bədbindir. Bank cari ildə "Urals" markalı neftin orta qiymətinin 50 dollar/barel olacağını, ilin sonu yaxınlaşdıqca isə 40 dollar/barelə kimi geriləyəcəyini və bu səviyyədə 2019-cu ilin sonuna qədər qalacağını ehtimal edir.

Xatırladaq ki, Rusiya Maliyyə Nazirliyi öz hesablamalarında və federal büdcənin tərtibatında neftin baza qiymətini 40 dollar/barel səviyyəsində əsas kimi götürüb. Hollandiya "Rabobank"ının London şöbəsinin valyuta bazarları üzrə mütəxəssisi Petr Matisa görə, "konservativ mövqe tutmaq və sonra sevinmək, nikbin qalıb, sonra məyus olmaqdan daha yaxşıdır".

Qaynar.Az