
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Olimpiya Komitəsi binasında yanğının baş verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə Qaynarinfo.Az "RİA Novosti"yə istinadən xəbər verir.
"Yoxlamalar başa çatıb, alovlanma ocaqları müəyyən edilməyib", - FHN-dən bildirilib.
***
Rusiya Olimpiya Komitəsinin binasında yanğın baş verib.
Qaynarinfo.Az "R-Sport"a istinadən xəbər verir ki, yanğın zamanı binadakılar təxliyə olunub.
Rusiya Həndbol Federasiyasının inkişaf üzrə direktoru Yevgeni Selemyonov hadisə anını belə təsvir edib: "Birdən həyacan siqnalı çalındı və biz binanı tərk etdik. Bu, 100 faiz təlim həyacanı deyildi. Əməkdaşımızdan biri liftdə qalmışdı. İndi onunla əlaqə saxladıq, hələ də çıxa bilməyib".
Qeyd edək ki, hələ ki bu məlumat rəsmi şəkildə təsdiqlənməyib. Ona görə də xəsarət alanlar barədə heç bir rəsmi məlumat yoxdur.
Qaynarinfo.Az