Xəbər lenti

Rusiya Qərbi qorxutmağa davam edəcək - MKİ direktoru
Dünya 10:29 09.09.2024

Rusiya Qərbi qorxutmağa davam edəcək - MKİ direktoru

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, Rusiya prezidenti Vladimir Putin vaxtaşırı Qərblə birbaşa qarşıdurma ilə hədələməkdə davam edəcək. Lakin bu təhdidlər Qərb ölkələrini qorxutmamalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) yazır.

Sentyabrın 7-də Mİ6-nın rəhbəri Riçard Murla müzakirə zamanı Börns qeyd edib ki, MKİ-nin hesablamalarına görə, Rusiya hakimiyyəti 2022-ci ilin payızında Ukraynada taktiki nüvə silahından istifadəni nəzərdən keçirə bilərdi. Bu məsələ ilə bağlı o, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də əlaqə saxlayıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı qiymətləndirmələri Ukraynanın Xerson və Xarkov vilayətlərində əks-hücumlarının uğuru fonunda Moskvanın artan nüvə ritorikası ilə üst-üstə düşürdü. Bununla belə, bu ritorika çox güman ki, nüvə silahından istifadə etmək niyyətindən çox, Qərbin Ukraynaya yardımının qarşısını almaq üçün informasiya kampaniyasının bir hissəsi idi.

Kreml Qərb siyasətçiləri arasında qorxu yaratmaq üçün 2022-ci ilin payızında olduğu kimi, Qərbin Ukraynaya hərbi yardımı ilə bağlı müzakirələrin əsas məqamlarında nüvə qarşıdurması ilə bağlı üstüörtülü hədələrdən dəfələrlə istifadə edib.

ISW hesab edir ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır. İnstitut Kremlin nüvə təhlükələrini Ukraynaya dəstəyi azaltmaq üçün Qərbin siyasi debatlarına təsir etmək strategiyasının bir hissəsi kimi qiymətləndirir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->