Xəbər lenti

Ekonomiks 17:22 10.11.2023

Rusiya şirkəti ilə vergi xidməti arasında 1 milyonluq qalmaqal

Rusiya Federasiyasının "Peraplastik Qrup” şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsin arasında məhkəmə çəkişməsi gedir.

Qaynarinfo xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi vergi məsələləri ilə bağlıdır.

Araşdırmalarımız zamanı məlum olub ki, "Peraplastik Qrup” şirkətinə 1 211 095, 91 AZN vergi borcu yazılıb. 

Dövlət Vergi Xidmətinin saytında da bu məbləğ qeyd edilib.

İddialara görə, şirkət bununla razı olmadığı üçün məhkəməyə müraciət edib.

Artıq birinci instansiya və apellyasiya mərhələsi başa çatıb.

İş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini şirkətin verdiyi bildirilir. Bu isə "Peraplastik Qrup”un əvvəlki instansiyalardan məğlub ayrıldığı qənaətini yaradır. 
Kassasiya şikayətinə nə zaman baxılacağı bəlli deyil. Amma artıq Xəqan Məmmədov iş üzrə hakim təyin edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->