Xəbər lenti

Rusiya sülhməramlısı Xankəndi-Əsgəran yolunda qəza törətdi, 4 qadın öldü
Ölkə10:19 12.08.2022

Rusiya sülhməramlısı Xankəndi-Əsgəran yolunda qəza törətdi, 4 qadın öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağdakı Rusiya sülhməramlı hərbçisinin idarə etdiyi avtomobillə VAZ-2107 toqquşub.
Qaynarinfo "Sputnik Armenia"ya istionadən xəbər verir ki, qəza bu gün səhər Xankəndi-Əsgəran yolunda baş verib.
Rusiyalı hərbçi, 1992-ci il təvəllüdlü İ. Y.-nın idarə etdiyi "HAVAL” markalı avtomobillə 1996-cı il təvəllüdlü yerli sakin Saruşen E.-nin idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. 
Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü ağır xəsarət alıb. Maşında olan 1966, 1970, 1971 və 1972-ci ilə təvəllüdlü dörd qadın isə yerindəcə ölüb.
Aydın