"Zaman-zaman həm unun, həm də çörəyin qiymətinin ucuzlaşmasının şahidi oluruq. Bu proses bir müddətdən sonra dayanacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Rusiyanın "taxıl sazişi"ndən geri çəkilməsini izah edərkən deyib.
Onun sözlərinə görə, istəlinən halda Azərbaycana ziyan dəyəcək: "Mübahisələri kəskinləşdirirlər. Bu ona gəririb çıxardacaq ki, dünyada taxılın qiyməti yenidən qalxacaq”.
Xalid Kərimli sazişin geri çəkilməsində ikinci mühim məsələni qeyd edib və bildirib ki, Ukrayna Qara dənizdən taxıl çıxara bilmir:
"Ukrayna öz taxılını Polşa və Rumuniya üzərindən Avropaya çıxarda bilər. Polşa fermerləri ciddi sürətdə etiraz edirlər ki, Ukrayna taxılının bazara girişi onlara zərbə vurur. Avstriya və Polşa fermerləri məhsullarını sata bilməməkdən şikayətlənirlər. Eyni zamanda, məhsul Afrikaya gedə bilməyəcək. Bəs bu dəhlizdən kim əziyyət çəkəcək? Əlbəttə ki, Afrika ölkələri. Rusiya bəyan edib ki, "taxıl dəhlizi”ndən keçən məhsulun 70-80%-i Avropaya, az bir hissəsi isə Afrikaya gedir. Rusiya zaman-zaman narazılığını bildirirdi və bu dəhlizi Afrikaya görə açdığını deyirdi”.
İqtisadçı hesab edir ki, Rusiya dünyanın taxılla təhdid etmiş olsa da, bu gün dünyada ən çox taxıl satan ölkə Rusiyadır:
"Azərbaycan Rusiya üzərindən taxıl alır. Rusiya dünya bazarına daha çox məhsul çıxarır. Taxıl deyəndə ancaq buğda nəzərdə tutulmamalıdır, burada qarğıdalı, qarabaşak, arpa və s. növləri nəzərdə tutmaq lazımdır. Bunların hamısı bir-birini əvəz edən məhsullardır. Qiymətlərin ucuzlaşmasında Rusiyanın məhsuldarlığının çoxluğu, daha çox taxıl satması rol oynayıb. Ona görə də "taxıl dəhlizi” işləməsə də, taxıl və buğda qiymətləri 2022-ci il qiymətləri səviyyəsinə çatmayacaq”.
Bahar Rüstəmli