Xəbər lenti

Rusiya təcili atəşkəsə çağırır
Ölkə15:40 01.09.2014

Rusiya təcili atəşkəsə çağırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ukraynada təcili atəskəs bazar ertəsi danışıqların əsas mövzusu olmalıdır"

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Anspress-in məlumatına görə, Ukrayna və Rusiya rəsmiləri Belarus paytaxtı Minskdə separatçı döyüşçülər və beynəlxalq nəzarətçilərlə danışıqlar aparacaq. Minskdə Vasitəçi Qrupunun görüşündə ATƏT-in nümayəndələri də iştirak edəcək.

Maraqlıdır ki, Ukrayna torpaqlarına keçən Rusiyanın rəsmi nümayəndəsi belə bir fikir səsləndirib: "Ukrayna qoşunları mülki xalqa ziyan verəcək mövqeləri tərk etməlidir".

Separatçılar son günlərdə Luqansk, Donetsk və Mariupol limanı ətrafında Ukrayna torpaqlarını zəbt etməkdə davam edir.

Qaynar.info