Xəbər lenti

Rusiya Telman İsmayılovun ekstradisiyası üçün sorğu hazırlayır
Ölkə12:18 05.10.2021

Rusiya Telman İsmayılovun ekstradisiyası üçün sorğu hazırlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Baş Prokurorluğu qətldə günahlandırılan biznesmen Telman İsmayılovun ekstradisiyası üçün Monteneqroya sorğu göndərməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.
"Rusiya Baş Prokurorluğu beynəlxalq müqavilələrlə təyin edilən qaydada Monteneqronun səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqələr həyata keçirir. Hazırda Telman İsmayılovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiyaya təhvil verilməsi ilə bağlı sorğunun hazırlanması təşkil edilib”, - deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, azərbaycanlı milyarderin vəkili Marina Rusakovanın sözlərinə görə, KİV-də Telman İsmayılovun Monteneqroda vaxtı keçmiş xarici pasport ilə saxlanılması barədə xəbər həqiqətə uyğun deyil. O bildirib ki, T. İsmayılov qanuni əsaslarla Monteneqroda olub və sənədləri tam şəkildə qaydasında olub.