Xəbər lenti

Rusiya Türkiyəyə tətbiq etdiyi sanksiyanı ləğv edib
Ekonomiks14:34 09.03.2017

Rusiya Türkiyəyə tətbiq etdiyi sanksiyanı ləğv edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyaları ləğv edib.

“Report” "Haber-7"yə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bununla bağlı qərar imzalayıb.

O, Türkiyə hökumətinin başçısı Binəli Yıldırımla telefon danışığı zamanı artıq sanksiyaların aradan qaldırıldığını bildirib.

Telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşü də müzakirə edilib. 

Qaynar.Az