Xəbər lenti

Rusiya Ukraynadan göndərilən taxılı Azərbaycana buraxmadı
Ölkə10:25 30.01.2017

Rusiya Ukraynadan göndərilən taxılı Azərbaycana buraxmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynadan Azərbaycana göndərilən 67 ton bişməmiş taxıl (səməni mayası) ölkəyə təyinatı üzrə çatdırılmayıb.

“Vesti Kavkaza”nın məlumatına əsasən, Rusiya-Azərbaycan sərhədində Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin Dağıstan bölməsi Ukraynadan Azərbaycana göndərilən taxılı sərhəddə saxlayıb.

Qurumun məlumatına görə, yük fitosanitariya yoxlanışını keçməyib. Məhsulun keyfiyyət sertifikatının vaxtı isə bitib.

Bununla əlaqədar, Ukraynadan göndərilən bişməmiş taxılın Azərbaycana girişi qadağan edilib.(“Report”)

Qaynarinfo.Az