Aylardır bütün gücü ilə Ukraynanı mühasirəyə alan Rusiya öz qoşunlarını plkəyə daxil etməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bütün dünyada narahatlıq doğuran bu addımlar futbolda da özünü büruzə verib.
UEFA, mayın 28-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Çempionlar Liqasının finalının başqa yerə köçürülməsini gündəmə gətirib. "Daily Star" qəzetində yer alan xəbərə görə, UEFA Sankt-Peterburq finalına yenidən baxmağa qərar verib.
UEFA-nın alternativ stadion axtarışında olduğu və iki İngiltərə komandasının finala çıxacağı təqdirdə ÇL-in son matçının "Uembli" stadionuna keçirilə biləcəyi bildirilib. İki fərqli ölkənin komandasının finala yüksələcəyi təqdirdə UEFA prezidenti Aleksander Çeferin görüşün başqa şəhərdə keçirilməsinə hazır olduğu öyrənilib.
Çempionlar Liqasının finalının oynanılacağı stadionun yerləşdiyi şəhərə 60 milyon funt-sterlinqdən çox gəlir mənbəyi yaradacağı bildirilib.
Səbuhi Həsənov