Xəbər lenti

Rusiya XİN ikinci sülh sammitində iştirak imkanını rədd etdi
Dünya 14:45 11.07.2024

Rusiya XİN ikinci sülh sammitində iştirak imkanını rədd etdi

Rusiya ikinci Qlobal sülh sammitində iştirak etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə şərhində bildirib.
 
O, iddia edir ki, Ukrayna və Qərbin ikinci sülh sammiti ilə bağlı planları İsveçrədəki "uğursuzluğa” görə özlərini bərpa etmək cəhdidir.

Bundan əlavə, Qaluzin Ukrayna prezidenti Volodimir Zelenskinin Sülh formulasını "ümidsiz və ultimatum” adlandırıb.

Zelenski bir qədər əvvəl Ukraynanın ikinci Qlobal sülh sammitinə qədər müharibənin həlli planını hazırlayacağını bildirib. Hazırlıq bir neçə ay çəkəcək.
Bloomberg yazıb ki, Ukrayna 2024-cü ilin noyabrında baş tutacaq ABŞ seçkilərindən əvvəl Rusiyanın iştirakı ilə sülh sammiti keçirmək istəyir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->