Xəbər lenti

Rusiya XİN və ƏN Putinə “Taliban”ı terrorçu siyahısından çıxarmağı təklif etdi
Dünya 16:25 27.05.2024

Rusiya XİN və ƏN Putinə “Taliban”ı terrorçu siyahısından çıxarmağı təklif etdi

Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Putinə "Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağı təklif edib. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib

"Taliban” dünyanın bəzi ölkələrində terror təşkilatı kimi təsnif edilən islamçı dini-siyasi hərbiləşdirilmiş hərəkatdır. 2003-cü ildə Rusiyada terror təşkilatları siyahısına daxil edilib. 2019-cu ildə Moskvada "Taliban” nümayəndələrinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da daxil olduğu konfrans keçirilib.

2021-ci ildə "Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Vladimir Putin və Rusiya Xarici İşlər Nazirliyi "Taliban”ın terror təşkilatları siyahısından çıxarılması barədə danışmağa başlayıb. Dövlət mediasına "Taliban”la bağlı materiallardakı "terrorçu” etiketini çıxarmaq tapşırılıb. Əvəzində "Taliban”dan bəhs edərkən, "Təşkilat terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır” şərhini yazmaq lazımdır.

"Taliban” nümayəndələri mütəmadi olaraq Rusiyaya gəlir və hökumətin rəsmi tədbirlərində iştirak edirlər. Mayın ortalarında Əfqanıstanın sənaye və ticarət naziri vəzifəsini icra edən Nuriddin Əzizinin rəhbərlik etdiyi "Taliban” nümayəndə heyəti "Rusiya - İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunda iştirak edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->