Siyasət 10:44 04.08.2023

Rusiya yenə Bakı ilə İrəvan arasında bağlanacaq sülh müqaviləsinə qarşı çıxdı

Keyfiyyət və lazımi hazırlıq bahasına Azərbaycanla Ermənistan arasında tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrlə nəticələnəcək. 

Qaynarinfo xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

"Tələsik hazırlanmış, çiy sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, bu, gələcəkdə yeni münaqişələr və faciələr üçün zəmin yaradacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”, - diplomat vurğulayıb.

O, vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın "demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatların eşidilməsinə diqqət çəkib.

Qonçarın fikrincə, Rusiya ondan irəli gəlir ki, imzalanma şərtləri tərəflərin özləri tərəfindən müəyyən edilməlidir.

"Məsuliyyətli vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir. Onlar yerlərdə formalaşmış reallıqlara, ilk növbədə ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru yekunlaşdırıb.

Alpər