
İnternetdə azərbaycanlıların rus sürücüləri döymələrinin əks oldunuğu video yayılıb.
Video “Yolda qayda-qanun yaratdılar” adlanır.
Qaynar.info aze.az-a istinadən xəbər verir ki, Rövşən Səfərov adlı azərbaycanlının YouTube-də yerləşdirilmiş videosunda görünür ki, iki azərbaycanlı əvvəlcə yolun kənarına sıxışdırılmış “Jiquli”nin sürücüsünü döyürlər. Sonra isə sürücüyə kömək etmək istəyən baykeri döyürlər.
"Jiqulidə” üç sərnişin olsa da, onlar çox sərxoş olduqları üçün hansısa bir müqavimət göstərməyiblər, yaxud da bunu etməkdən qorxublar.
Rövşən Səfərov sosial şəbəkədəki səhifəsində münaqişəni taksi sürücüsünün yoldan ötərkən onu təhqir etməsi ilə əlaqələndirir.
Rusiya sosial şəbəkələrində bununla bağlı müzakirələr aparılır.
Müxtəlif avtomobil forumlarının istifadəçiləri Rövşən Səfərovu onun sosial şəbəkədəki səhifəsində söyür və cəzalandıracaqlarını bildirirlər.
Qaynar.info