Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda ağır yol qəzası baş verib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, içərisində Azərbaycan vətəndaşlarının olduğu "Mercedes-Benz Sprinter” markalı mikroavtobus dərəyə yuvarlanıb. Nəticədə avtobusda olan 12 nəfərdən 10-u xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Avtobus Moskvadan Rostov-na-Don istiqamətində hərəkət edirmiş. Qəzaya səbəb nəqliyyat vasitəsinin ön təkərinin partlaması olub. Nəticədə sürücü idarəetməni itiririb və avtobus dərəyə yuvarlanı.
Avtobusda olanların hamısı Azərbaycan vətəndaşlarıdır.