Xəbər lenti

Rusiyada həbsdə olan amerikalı idmançı fəryad etdi: “Bizi xilas edin”
İdman10:02 05.07.2022

Rusiyada həbsdə olan amerikalı idmançı fəryad etdi: “Bizi xilas edin”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada həbsdə saxlanılan amerikalı idmançı Qriner ABŞ prezidneti Co Baydenə müraciət edib: ”Bizi evə aparmaq üçün əlinizdən gələni edin”.
Qaynarinfo "Aljazeera” saytına isinadla xəbər verir ki, bu sözləri ABŞ basketbol ulduzu Britni Qriner prezident Co Baydenə ünvanladığı məktubda yazıb.
Milli Basketbol Assosiasiyasının ulduzu və iki qat Olimpiya qızıl medalçısı olan Qrinerin nümayəndələri məktubdan parçaları bazar ertəsi yayımlayıblar. 
Eyni gün onun agenti Lindsay Colas məktubun Ağ Evə çatdırıldığını bildirib.
"Mən burada Rusiya həbsxanasında öz düşüncələrimlə, arvadımın, ailəmin, dostlarımın, olimpiya forması və ya hər hansı nailiyyətlərimin müdafiəsi olmadan oturarkən, həmişəlik burada ola biləcəyimdən qorxuram”,- Qriner məktubunda qeyd edir.
Qriner fevralın ortalarında Rusiya paytaxtının hava limanında baqajında kannabis yağı olan elektron siqaret gəzdirməkdə ittiham edilərək həbs edilib.
"Adətən bu günü necə qeyd etdiyimi düşünmək ağrı verir, çünki bu il azadlıq mənim üçün tamamilə fərqli bir şey deməkdir”,- o yazıb.
Bayden administrasiyası əvvəllər Qrineri və başqa bir amerikalı, Miçiqan korporativ təhlükəsizlik müdiri Paul Uelanı Rusiyadan evə gətirmək üçün çalışdığını və onların işlərinin prioritet olaraq qaldığını deyib.
Bazar ertəsi məktubunda Qriner Baydeni onun geri qayıtmasını təmin etmək üçün səlahiyyətlərindən istifadə etməyə çağırıb.
"Bizi evə aparmaq üçün əlinizdən gələni edin. Mən ilk dəfə 2020-ci ildə səs verdim və sizə səs verdim. Sizə inanıram. Sizin bərpa etməyə kömək edəcəyiniz azadlığımla bağlı hələ görəcəyim çox yaxşı işlərim var”,- o yazıb.
Nurlan Hüseynov