Xəbər lenti

Rusiyadan AFFA-ya şok: "Ramilin vətəndaşlığı çox şübhəlidi"
İdman20:17 13.09.2016

Rusiyadan AFFA-ya şok: "Ramilin vətəndaşlığı çox şübhəlidi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın “Zenit” klubunun icraçı direktoru Maksim Mitrofanov “Life” portalına açıqlamasında komandanın gələcək planları ilə yanaşı azərbaycanlı futbolçu Ramil Şeydayevlə bağlı sualları da cavablandırıb. 
Sankt-Peterburq təmsilçisinin rəhbəri gənc futbolçunun Türkiyəyə keçməsinə də münasibət bildirib.
- Ramilin “Trabzonspor”a keçidi nə ilə əlaqədardı? Onun istedasız, yoxsa səbrsiz olması?
- Ola bilər ki, biz ona qeyri-adekvat məbləğ təkilf edəydik və o, heç yerə getməzdi.
- Hətta Azərbaycan vətəndaşlığını da qəbul etməzdi?
- Bu, ümumiyyətlə avantüradır. Düşünürəm ki, Rusiya Futbol Federasiyası (RFF) bu məsələ ilə bağlı mütləq araşdırma aparmalıdır. AFFA rəhbərliyi əvvəlcə deyir ki, Ramilin vətəndaşlığı yoxdur. Sonra birdən məlum olur ki, 2010-cu ildə o, nəsə alıb. Bundan əlavə, bizdə çıxış edən vaxt Şeydayev ikili vətəndaşlığının olmaması barədə bir çox sənədlərə imza atıb. Həmin sənədlər “Zenit”də də, RFF-də də, FİFA-da da var. Bu çox şübhəli məsələdir və bir çox suallar yaradır.(Apasport.az)
Qaynarinfo.Az