Xəbər lenti

Rusiyadan Bakıya 26 manata aviareyslər açıldı
Ekonomiks12:07 30.09.2016

Rusiyadan Bakıya 26 manata aviareyslər açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Pobeda” aviaşirkəti (loukoster) Rostov-Don şəhərindən yeni beynəlxalq reyslər üzrə - Bakı (Azərbaycan) və Tbilisiyə (Gürcüstan) biletlərin satışına başlayıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət yeni marşrutlar üzrə qış cədvəli üzrə biletlərin 30%-ni minimal tariflə - 999 rubla (təxminən 26 manat) təklif edilib. 
Bu məbləğə bütün rüsum və yığımlar daxildir.
Qeyd edilir ki, "Pobeda”nın təyyarələri Rostov hava limanından Bakıya oktyabrın 30-dan etibarən həftədə 4 dəfə, Tbilisiyə isə 1 noyabr tarixindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.
Aviaşirkət payızda Həştərxan, Volqoqrad, Vladiqafqaz və Nalçikə də reyslərə başlayır, Sankt-Peterburqdan uçuşların sayını isə iki dəfə artırmağı planlaşdırır. Bundan başqa, Yekaterinburqdan Krasnoyarsk və Novosibirska da reyslər açılacaq.
Qaynarinfo.Az