Xəbər lenti

Rusiyadan BOK-a cavab: "Biz himn və bayraqsız çıxış etmək üçün qaçqın və evsiz deyilik"
İdman13:57 19.12.2023

Rusiyadan BOK-a cavab: "Biz himn və bayraqsız çıxış etmək üçün qaçqın və evsiz deyilik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz himn və bayraqsız çıxış etmək üçün qaçqın və ya evsiz deyilik".
Qaynarinfo xəbər verir ki, nunu Ümumrusiya Bədii Gimnastika Federasiyasının (VFKhG) rəhbəri İrina Viner deyib.
O, "Soloviev Live” verilişində rusiyalı idmançıların Yay Olimpiya Oyunlarına neytral statusda getmək şərtinə münasibət bildirərkən danışıb: 
"Rusiyanın bayrağı və himni ölkəyə məxsusdur, biz qaçqın və ya evsiz deyilik. Rusiya qaçqın komandasında necə oynaya bilər? Bayraqsız və vətənsiz çıxış etmək... Ümumiyyətlə belə niyə çıxış etməliyik? Rusiyada da yaxşı çıxış edirik, bu, çox ciddi mübarizədir. SSRİ Xalqlarının Spartakiadası var idi, indi Dostluq Oyunları, BRICS Oyunları var, orada titullar alacaqlar, necə ki, olimpiadadan sonra idmançılara, məşqçilərə eyni mükafatlar verilir. Biz öz ölkəmizdə çıxış edirik, bu siyasət deyil, əsl Oyunlardır. Milli yarışlar olmadan hansı olimpiada ola bilər? Əllərimizi qaldırıb diz üstə sürünməliyikmi? İdmançılarımız elə hər şeyi alacaqlar - titullar, pul mükafatları, maşınlar", deyə Viner bildirib.
Onun fikrincə, Rusiya Olimpiya Komitəsi və İdman Nazirliyi nəticə çıxarmalıdır: 
Dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarına 2024-cü il Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib. Əvvəlcə 8 rus və 3 belaruslunun Oyunlara lisenziya alması barədə məlumat verilmişdi, lakin dekabrın 13-də BOK-un mətbuat xidməti bu məlumatları korrektə edib. İndi təşkilatın saytında 6 rus və 5 Belarus idmançısının Olimpiada üçün kvota qazandığı yazılıb.
Eyni mesajda BOK vurğulayır ki, Olimpiya Oyunlarında Rusiya və Belarusun heç bir bayrağı, himni və ya digər simvolları dalğalanmayacaq, Rusiya və Belarusun heç bir dövlət rəsmisi Oyunlara dəvət edilməyəcək.
Aydın