Xəbər lenti

Rusiyadan gələn pullar iki dəfə azaldı
Ekonomiks15:00 10.03.2016

Rusiyadan gələn pullar iki dəfə azaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyadan MDB ölkələrinə pul köçürmələri iki dəfə azalıb.

Qaynar.info report-a istinadən bildirir ki, bu barədə "Contact" ödəniş sisteminin analitik mərkəzindən məlumat verilib.

Mərkəzdən bildiriblər ki, bütün hesablamalar Mərkəzi Bankın göstəriciləri əsasında aparılıb. Belə ki, 2015-ci ildə Rusiyadan pul köçürmələrinin sayı 2014-cü illə müqayisədə 44% azalıb. Bu baxımdan ən böyük hissə MDB ölkələrinə olan köçürmələrin sayında qeydə alınıb - 45%-dən çox. İnformasiyaya görə, qeyri-MDB ölkələrinə pul köçürmələrinin sayında 28% azalma müşahidə olunub.

Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, Rusiyadan ən çox Tacikistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Çexiya, Qazaxıstan, Abxaziya, Belarus və Çinə pul göndərilib. Mərkəzi Bankın hesablamasına görə, pul köçürmələrinin orta məbləği 14% azalıb.

Qaynar.info