Xəbər lenti

Rusiyadan II Avropa Oyunları ilə bağlı AÇIQLAMA
İdman15:41 12.06.2015

Rusiyadan II Avropa Oyunları ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi məsələsini nəzərdən keçirmir. 
Bu barədə Trend-ə Rusiyanın idman naziri Vitali Mutko deyib.
O bildirib ki, buna səbəb 2021-ci ilədək təqvimlərinin sıx və gərgin olmasıdır: “Bildiyiniz kimi, Konfederasiyalar kuboku və futbol üzrə dünya çempionatına ciddi hazırlıq gedir, buna görə hələlik II Avropa Oyunlarının keçirilməsi məsələsinə baxmırıq”.
Bakıda keçirilən I Avropa Oyunları barədə danışan V.Mutko yarışların yüksək səviyyədə keçəcəyinə əmin olduğunu dilə gətirib: “Hazırlıq yüksək səviyyədədir. İdman obyektləri, yerləşmə məkanları və digər infrastrukturların hamısı peşəkarcasına, ən əsası isə ürəklə həyata keçirilib. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək”.
Qaynar.info