Xəbər lenti

Rusiyadan Ukraynaya 15 milyard dollarlıq HƏDİYYƏ
Ekonomiks20:03 17.12.2013

Rusiyadan Ukraynaya 15 milyard dollarlıq HƏDİYYƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Ukrayna hökumətinin qiymətli kağızlarına Milli Rifah Fondundakı ehtiyat vəsaitlərindən 15 mlrd. dollar yatırmaq niyyətindədir.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.  

 “Əsasən dünyada baş verən maliyyə və iqtisadi böhranla əlaqəli olan Ukrayna iqtisadiyyatının çətinliklərini nəzərə alaraq və Ukrayna büdcəsinə dəstək məqsədilə Rusiya hökuməti Ukrayna hökumətinin qiymətli kağızlarına Milli Rifah Fondundakı ehtiyat vəsaitlərindən 15 mlrd. dollar yatırmağı qərara alıb”, deyə Putin Rusiya-Ukrayna dövlətlərarası məsləhətləşmələrin yekunlarına dair mətbuat konfransında deyib.  
 
Rusiya maliyyə naziri Anton Siluanovun sözlərinə görə, Ukrayna istiqraz vərəqələrinin bir hissəsinin artıq bu il buraxılması nəzərdə tutulub. Ukrayna hökumətinin qiymətli kağızlarının buraxılışı  2014-cü ildə də davam etdiriləcək.

Qaynar.info