Xəbər lenti

Rusiyalı ağır atlet dopinqə görə 8 il müddətinə diskvalifikasiya edildi
İdman06:25 01.09.2023

Rusiyalı ağır atlet dopinqə görə 8 il müddətinə diskvalifikasiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İdman Arbitraj Məhkəməsi (CAS) ağır atlet Tatyana Kaşirinanın işi üzrə RUSADA İntizam Antidopinq Komitəsinin verdiyi bəraət hökmünü ləğv edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə RUSADA-nın saytında məlumat verilib.
32 yaşlı idmançının antidopinq qayda pozuntusuna yol verdiyi müəyyən edilib və qərarın qəbul edildiyi tarixdən, yəni 13 noyabr 2020-ci ildən 30 iyun 2022-ci il tarixinədək müvəqqəti diskvalifikasiya müddəti daxil olmaqla səkkiz il müddətinə, beləliklə, 9 yanvar 2030-cu ilə qədər diskvalifikasiya olunur.
Kaşirina London Olimpiadasının gümüş mükafatçısı, beşqat dünya çempionu, səkkizqat Avropa çempionudur.
Alpər