Xəbər lenti

Rusiyalı gimnasta bir illik cəza
İdman12:12 18.05.2022

Rusiyalı gimnasta bir illik cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı İvan Kulyakı "müharibə tərəfdarı simvolu"na görə bir il müddətinə idmandan uzaqlaşdırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda FIG məlumat yayıb. Bədii Gimnastika üzrə dünya kubokunda müharibənin simvolu sayılan "Z” işarəli forma ilə podiuma çıxan 20 yaşlı idmançıya qarşı martda Qətərin paytaxtı Dohada başladılan istintaqın tamamlnadığı bildirilib.
Kuliak müharibəyə dəstək verdiyi üçün bir il idmandan uzaqlaşdırılıb. Bununla yanaşı Qətərdə keçirilən turnirin paralel qollarda yarış üzrə finalda qazandığı bürünc medalı və pul mükafatlarını qaytarmadığına görə rusiyalı idmançının cəza alacağına qərar verib. İvan Kuliakın 21 gün ərzində qərardan apellyasiya şikayəti vermək hüququ var.
Rusiya hərbi maşınlarında da rast gəlinən "Z” hərfi Ukraynadakı müharibənin simvolu hesab olunur.
Səbuhi Həsənov