Rusiyalı MMA döyüşçüsü Fyodor Yemelyanenko Yaponiyada keçirilən Bellator turnirində amerikalı Quinton Ceksonu məğlub edib.
Qaynarinfo izvestia.ru-ya istinadla xəbər verir, döyüş Saitamda baş tutub. Yemelyanenko elə ilk raundda qələbəni təmin edib.
Bellatorda bildirilib ki, rus döyüşçüsü daha iki oyundan sonra karyerasını başa vuracaq. Növbəti döyüş 2020-ci ilin yayında Avropada keçiriləcək.
43 yaşlı rus döyüşçünün hesabında 38-ni qələbə ilə başa vurduğu 45 döyüş var. O, döyüşlərdən altısında məğlub olub, qarşılaşmalardan biri isə etibarsız sayılıb. 41 yaşlı Quinton Cekson isə 38 qələbə, 13 məğölubiyyətlə 51 döyüş keçirib.
Alpər
<iframe class="iz-player" src="https://iz.ru/video/embed/959715" width="560" height="315" frameborder="0" allowfullscreen="">
<iframe class="iz-player" src="https://iz.ru/video/embed/959522" width="560" height="315" frameborder="0" allowfullscreen="">