Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına qadağa qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə komitənin İdarə Heyəti qərar qəbul edib. Ümumilikdə 83 paralimpiyaçı yarışlardan uzaqlaşdırılıb. Pekin-2022 martın 4 - 13-ü aralığında keçiriləcək. Daha əvvəl ali qurum hər iki ölkə idmançılarını neytral statusda buraxılmasına qərar verib. Bildirilib ki, onların mükafatları qeyri-rəsmi medal hesabında nəzərə alınmayacaq.
Beynəlxalq Olimpiya Komitəsi isə beynəlxalq idman təşkilatlarına Rusiya və Belarus atletlərini yarışlardan kənarlaşdırmağı tövsiyə edib.
Səbuhi Həsənov